Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək II “Araz-Naxçıvan”ın oyunlarının vaxtı açıqlanıb.
Offsideplus.az xəbər verir ki, Naxçıvan komandası Yunanıstan “Aris”inə qarşı ilk matçı iyulun 24-də keçirəcək.
"Liv Bona Dea Arena"da gerçəkləşəcək qarşılaşmanın start fiti saat 20:00-da çalınacaq.
Bu komandaların bir həftə sonra, iyulun 31-də Saloniki şəhərində cavab görüşündə üz-üzə gələcəklər. Oyun yerli vaxtla saat 21:15-də (Bakı vaxtı ilə 22:15-də) başlanacaq.