"Rapid" (Vyana) komandasının futbolçusu Martin Morman Bakıda "Neftçi"yə qarşı keçiriləcək UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk matçını buraxacaq.
Offsideplus.az xəbər verir ki, bu barədə Vyana təmsilçisinin baş məşqçisi Ferdinand Feldhofer yerli mətbuata məlumat verib. Mütəxəssis bu məsələ ilə bağlı belə deyib: "O, dizindən zədə alıb. 2 və ya 3 həftə, hətta daha uzun müddət yaşıl meydanlardan kənarda qala bilər".
Qeyd edək ki, "Neftçi" və "Rapid" arasındakı ilk görüş avqustun 4-də Bakıda, cavab oyunu isə avqustun 11-də Avstriyada keçiriləcək.