Bu gün Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Offsideplus.az xəbər verir ki, Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Neftçi”nin də rəqibi məlum olub.
“Ağ-qaralar” III təsnifat mərhələsində Avstriyanın “Rapid” (Vyana) komandasını keçəcəyi təqdirdə, növbəti mərhələdə “Vaduts” (Lixtenşteyn) – “Konyaspor” (Türkiyə) cütünün qalibi ilə qarşılaşacaq. “Neftçi”nin cütündən qalib ayıralan tərəf pley-offdakı ilk oyununu səfərdə keçirəcək.
Konfrans Liqasında pley-off mərhələsinin ilk görüşləri avqustun 18-də, cavab matçları isə avqustun 25-də keçiriləcək.
Pley-off mərhələsi
"Maribor" (Sloveniya)/HJK (Finlandiya) – "Şaxtyor" (Soliqorsk)/ÇFR Kluj (Rumıniya)
RFS (Latviya)/"Hibernians" (Malta) – "Linfild" (Şimali İrlandiya)/"Sürix" (İsveçrə)
"Vikinqur" (İslandiya)/Lex (Polşa) – "Malmö" (İsveç)/Düdelanj (Lüksemburq)
Şemrok Rovers (İrlandiya)/Şkupi (Şimali Makedoniya) – "Ballkani" (Kosovo)/"Klaksvik" (Farer adaları)
"Zrinski" (Bosniya və Herseqovina)/"Tobol" (Qazaxıstan) – "Olimpiakos" (Yunanıstan)/"Slovan" (Bratislava, Slovakiya)
SSKA (Sofiya, Bolqarıstan)/"Sent Patriks" (İrlandiya) – "Brondbü" (Danimarka)/"Bazel" (İsveçrə)
"Vaduts" (Lixtenşteyn)/"Konyaspor" (Türkiyə) – "Neftçi" (Azərbaycan)/"Rapid" (Avstriya)
"Spartak" (Trnava, Slovakiya)/"Rakuv" (Polşa) – "Slaviya" (Praqa, Çexiya)/"Panatinaikos" (Yunanıstan)
APOEL (Kipr)/"Kızıljar" (Qazaxıstan) – "Sepsi" (Rumıniya)/"Yurqarden" (İsveç)
"Makkabi" (Təl-Əviv, İsrail) /Aris (Yunanıstan) – "Nitsa" (Fransa)
"Zarya" (Ukrayna)/"Universitatya"(Rumıniya) – "Luqano" (İsveçrə)/"Hapoel" (Beer-Şeva, İsrail)
"Breydablik" (İslandiya)/"Başakşəhər" (Türkiyə) – "Lilleström" (Norveç)/"Antverpen" (Belçika)
"Dunayska Streda" (Slovakiya)/"Styaua" (Rumıniya) – "Vikinq" (Norveç)/"Slayqo Rovers" (İrlanidya)
AEK (Kipr)/Partizan (Serbiya) – "Levski" (Bolqarıstan)/"Hamrun Spartans" (Malta)
"Fiorentina" (İtaliya) – "Tvente" (Niderland)/"Çukariçki" (Serbiya)
"Vilyarreal" (İspaniya) – "Hayduk" (Xorvatiya)/"Vitoriya" (Portuqaliya)
"Köln" (Almaniya) – "Fehervar" (Macarıstan)/"Petrokub" (Moldova)
"Vest Hem" (İngiltərə) – "Viborq" (Danimarka)/"B-36 Torshavn" (Farer adaları)
KuPS (Finlandiya)/"Yanq Boyz" (İsveçrə) – "Payde" (Estoniya)/"Anderlext" (Belçika)
"Fənərbağça" (Türkiyə)/"Slovaçko" (Çexiya) – AİK (İsveç)/"Şkendiya" (Şimali Makedoniya)
"Molde" (Norveç)/"Kişvarda" (Macarıstan) – "Volfsberger" (Avstriya)/"Qzira Yunayted" (Malta)
"Dandi Yunayted" (Şotlandiya)/"AZ Alkmaar" (Niderland) – "Riqa" (Latviya)/"Jil Visente" (Portuqaliya)