"Neftçi" klubunun UEFA Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi bəlli olub.
Offsideplus.az xəbər verir ki, bu, "Rapid"dir (Vyana, Avstriya). Komanda 2-ci təsnifat mərhələsinin cavab oyununda səfərdə "Lexiya"ya (Qdansk, Polşa) 2:1 hesabı ilə qalib gələrək buna nail olub. Bu komandalar arasında ilk görüş qolsuz bərabərliklə başa çatmışdı.
Qeyd edək ki, "Neftçi" "Rapid"ə qarşı ilk oyunun avqustun 4-ü evdə keçirəcək. Cavab qarşılaşması isə 1 həftə sonra Vyanada olacaq.