“Neftçi” klubunun prezidenti Kamran Quliyev Konfrans Liqasının 2-ci təfnifat mərhələsində “Aris”lə (Limassol) ilk matçdakı məğlubiyyəti (0:2) şərh edib.

Offsideplus.az xəbər verir ki, o, Kiprdəki oyunun final fitindən sonra mərhələni adlayacaqlarını dediyini bildirib. K.Quliyev komandasına inandığını söyləyib: "0:2 hesablı məğlubiyyət faciə deyil. Komandaya və baş məşqçimizə güvənirik".

"Neftçi"nin prezidenti "Aris"lə cavab görüşündə azarkeşlərdən dəstək istəyib: "Azarkeşsiz "Neftçi"ni təsəvvür edə bilmirəm. Onlar əlbəttə ki, çılğın olmalıdırlar. Gəlsinlər, komandamızı dəstəkləsinlər. Onlarla birgə mərhələ keçəcəyik. İnanıram ki, stadionumuz dolu olacaq".

Qeyd edək ki, “Neftçi” – “Aris” cavab matçı iyulun 28-də baş tutacaq.