UEFA Avropa Konfrans Liqasının pely-off mərhələsində keçiriləcək "Marsel" - "Qarabağ" oyununun hakimləri açıqlanıb.

Offsideplus.az xəbər verir ki, qarşılaşmanı monteneqrolu hakimləri briqadası idarə edəcək. Oyunun baş hakimi Nikola Dabanoviç olacaq. Milovan Cukiç və Vladan Todoroviç köməkçi hakimlərdir. Dördüncü hakim funksiyasını Miloş Boşkoviç yerinə yetirəcək.

Fevralın 17-də "Velodrom" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə 00:00-da başlayacaq.