UEFA Avropa Konfrans Liqasında qrup mərhələsinin ən yaxşı qolu bəlli olub.
Offsideplus.az xəbər verir ki, bu barədə UEFA turnirin rəsmi sosial şəbəkə hesablarında paylaşım edib. Mərhələnin ən yaxşısı "Qarabağ"ın futbolçusu Kadi Borgesin 2-ci turda Kiprdə "Omoniya" ilə matçdakı gözəl qolu olub.
Xatırladaq ki, həmin qarşılaşmada dubl edən 25 yaşlı braziliyalı yarımmüdafiəçi 52-ci dəqiqədə uzaq məsafədən baxımlı qola imza atmışdı.