UEFA  Konfrans Liqasının pley-off mərhələsinda "Makkabi"yə (Hayfa) qarşı cavab qarşılaşması üçün "Neftçi" İsrailə yollanıb.

Offsideplus.az xəbər verir ki, "ağ-qaralar"ı Hayfa şəhərinə aparacaq təyyarə saat 10:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşüb.

Qeyd edək ki, "Makkabi"- "Neftçi" matçı  avqustun 26-sı Bakı vaxtı ilə saat 21:00-da “Sammi Ofer” stadionunda baş tutacaq.