Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Aşdod"(İsrail) klubunu qəbul edən "Qarabağ" ciddi itki ilə üzləşib.
Offsideplus.az xəbər verir ki, matçın 83-cü dəqiqəsində Ağdam klubunun kapitanı Maksim Medvedev qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb.
Təcrübəli müdafiəçi son ümid foluna görə birbaşa qırmızı vərəqə alıb və komandasını azlıqda qoyub. Bu isə o deməkdir ki, kapitan "Aşdod"la iyulun 29-da İsraildə keçiriləcək cavab matçını da buraxacaq.