"Keşlə" UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda səfərdə "Soçi" ilə qarşılaşacaq.
Offsideplus.az xəbər verir ki, bu matçda stadiona buraxılacaq azarkeşlərin sayı açıqlanıb. Komandanın baş məşqçisi Vladimir Fedotov yerli mətbuata açıqlamasında "Keşlə" ilə oyuna stadiona cəmi 500 azarkeşin buraxılacağını bildirib. O, bu qərarın pandemiya ilə bağlı olduğunu diqqətə çatdırıb.
"Soçi" - "Keşlə" oyunu iyulun 22-də, cavab matçı isə bir həftə sonra Bakıda keçiriləcək.