"Barselona" klubunun futbolçusu Jordi Alba zədəsini sağaldıb.

Offsideplus.az xəbər verir ki, 30 yaşlı müdafiəçi bu gün komanda ilə ümumi məşqlərdə iştirak edib. Onun La Liqanın 26-cı turunda keçiriləcək "Real"a qarşı oyunda oynayacağı bildirilib.

Qeyd edək ki, "Real" - "Barselona" görüşü martın 1-i keçiriləcək.