Bu gün futbol üzrə II Liqasında XXV turun oyunları keçirilib.
Offsideplus.az xəbər verir ki, çempionluğa namizəd "Şahdağ Qusar" çətinliklə də olsa, qələbə qazanıb. "Qusar"la görüşdə hesabda geri düşən lider daha sonra 2 qol vuraraq vacib qələbə qazanıb.
"Şahdağ Qusar"ın ən yaxın rəqibi "Şəfa" "Füzuli"ni darmadağın edib.
Çempionluğun taleyi son turda müəyyənləşəcək. "Şahdağ Qusar"ın qızıl medallara layiq görülməsi üçün "Dinamo" ilə matçda heç-heçə kifayətdir.
II Liqa, XXV tur
"Füzuli" - "Şəfa" 0:7
"Şahdağ Qusar" - "Qusar" 2:1
"Ağdaş" - "Dinamo" 0:2
"Göygöl" - "Kür-Araz" 4:1
"Hypers Guba" - "Şimal" 2:1
"Sheki City" - "Araz Saatlı" 1:0
"Lerik" - "Şəmkir" 1:4