AFFA İntizam Komitəsi mayın 4-də II Liqanın XXIV turu çərçivəsində keçirilən "Şəfa" - "Şahdağ Qusar" matçında (0:0) yaşananlara neqativ hallara hüquqi qiymət verib.
Offsideplus.az xəbər verir ki, komitə hər iki klubu cəzalandırıb.
"Şəfa"
70 manat - 4 futbolçu sarı vərəqə aldığına görə
80 manat - oyununun ilk hissəsi və ikinci hissəsi bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə
150 manat - meydan sahiblərinin azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edilib
"Şahdağ Qusar"
80 manat - qusarlı azarkeşlər tərəfindən meydançaya kənar əşyalar atıldığına görə
150 manat - qonaq komandanın azarkeşləri pirotexniki vasitədən istifadə ediblər
Bundan başqa, “Şahdağ Qusar” klubu fanatların "ASK Arena"ya vurduğu zərəri ödəməlidir.