"Avstraliya Open" turnirində mübarizə sona yaxınlaşır.
Offsideplus.az xəbər verir ki, burada 10 dəfə çempion olan Novak Cokoviç oynamadan 1/4 finala yüksəlib.
Onun rəqibi Yakub Menşik zədəli olduğu üçün 4-cü tur görüşünə çıxa bilməyib. Beləliklə, serbiyalı tennisçi korta belə çıxmadan adını son səkkizə yazdırıb.
Serbiyalının bu mərhələdəki rəqibi Lorentso Muzetti olacaq. Muzetti 4-cü turda Teylor Fritsi set vermədən məğlub edib - 6:2, 7:5, 6:4.
Yannik Sinner də çətinlik çəkmədən 1/4 finala vəsiqə əldə edib. İtaliyalı tennisçi həmyerlisi Luçano Darderi məğlubiyyətə uğradıb - 6:1, 6:3. 7:6 (2).
Sinner növbəti mərhələdə Kasper Ruud - Ben Şelton cütünün qalibi ilə qarşılaşacaq.
Qadınlar mübarizəsində də bütün 1/4 final cütləri məlum olub:
Koko Qauff - Elina Svitolina
Arina Sabalenka - İva Yoviç
İqa Şvyontek - Yelena Rıbakina
Cessika Pequla - Amanda Anisimova


