Bu gün futbol üzrə I Liqada sonuncu, XXVII turun oyunları start götürüb.
Offsideplus.az xəbər verir ki, çempion "Qəbələ" səfərdə autsayder "Qaradağ-Lökbatan"ı darmadağın edib.
"Karvan" isə "Mingəçevir"ə uduzmaqla, çempionatı 3-cü sırada başa vurub.
Beləliklə, 2024/25 mövsümündə "Qəbələ" qızıl, "İmişli" gümüş, "Karvan" isə bürünc medallara layiq görülüb.
I Liqa, XXVII tur
"Qaradağ Lökbatan" - "Qəbələ" 0:3
"Mingəçevir" - "Karvan" 2:1