"Sumqayıt" və "Araz-Naçxıvan"ın sabiq futbolçusu Qabil Əlizadə Azərbaycanın I Liqa təmsilçisi "Mingəçevir"ə keçib.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımmüdafiəçi ilə cari mövsümün sonuna qədər razılıq əldə olunub.

Qabil Əlizadə karyerası ərzində "Karvan-Yevlax", "Sumqayıt" və "Araz-Naxçıvan" kimi klubların formasını geyinib.

Qeyd edək ki, 21 xalı olan “Mingəçevir" hazırda turnir cədvəlində 4-cü pillədədir.