Futbolçu karyerasını başa vuran “Qarabağ” və Azərbaycan millisinin sabiq üzvü Rəşad Sadıqov “İctimai TV”də yayımlanan “Bol idman” verilişinin qonağı olub.
Offsideplus.az xəbər verir ki, Sadıqov Qurban Qurbanov haqqında danışaraq insanların onu yaxından tanımadığını bildirib:
"Qurban Qurbanov publika önündə çox danışmır, özünü ifadə etmir. Çox təəssüf edirəm ki, insanlar əsl Qurban Qurbanovu tanımırlar. O, məşqdə, paltardəyişmə otağında hamıya sərbəst hərəkət imkanı yaradır, amma futbolçular dərk edirlər ki, Qurban müəllim bossdur. Mənim kimi çətin adamı 10 il yanında oynatdı. Baş məşqçinin özünü futbolçulara həm insan, həm də məşqçi kimi qəbul etdirməsi çətin məsələdir. Ondan çox şey öyrəndim. Gələcəkdə məşqçi kimi Qurban Qurbanovun yetirməsi olaraq tanınmaq istəyirəm".