Madrid "Real"ının yarımmüdafiəçisi Xames Rodriqes karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. 

Offsideplus.az xəbər verir ki, "Mançester Yunayted" klubu futbolçunu heyətinə qatmaq niyyətindədir. Əgər "kral klubu" 28 yaşlı kolumbiyalı futbolçunun 80 milyon avroluq qiymətində endirim etsə, "qırmızı şeytanlar" bu keçidi tamamlamağa hazırdır.

Qeyd edək ki, sözügedən futbolçu 2014-cü ildən "Real"da çıxış edir.