"Qarabağ"ın sabiq qapıçısı Asmir Beqoviç Britaniya mətbuatına açıqlamasında Ağdam təmsilçisinin heyətində Avropa Liqasının qrup mərhələsində oynadığını xatırladıb.
Offsideplus.az xəbər verir ki, Bosniya və Herseqovina millisinin üzvü bunun əla təcrübə olduğunu bildirib: "Qarabağ"da oynamaq yaxşı təcrübə oldu. Bu fürsət mənə verildi və düşündüm ki, niyə də olmasın? Bakı böyük şəhərdir. Orada çox gözəl mədəniyyət var, özümə bəzi yaxşı dostlar qazandım. Ən əsası odur ki, yenidən oynamağa başladım və zövq aldım".
Xatırladaq ki, Asmir Beqoviç "Qarabağ"da cari mövsümün ilk yarısında icarə əsasında çıxış edib. O, qış transfer dönəmində eyni statusla İtaliya "Milan"ına keçib. Qapıçı müqavilə ilə İngiltərənin "Bornmut" klubuna məxsusdur.