"Mançester Siti"nin baş məşqçisi Pep Quardiolanın köməkçisi bəlli olub.

Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, "Çindao Xuanxay"ın baş məşqçisi Huanma Lilyo "şəhərlilər"ə qoşulacaq.

Cari mövsümün gedişində Quardiolanın köməkçi-məşqçisi Mikel Arteta "Siti"dən ayrılmış və "Arsenal"ın başına keçmişdi. "Mançester Siti" Artetanın yerinə Vensan Kompaninin namizədliyini də nəzərdən keçirib. Lakin belçikalının indilik İngiltərəyə qayıtmaq niyyətində olmadığı bildirilir.

Qeyd edək ki, Pep Quardiola Huanma Lilyonu mentorlarından biri hesab edir.