Azərbaycan Respublikasının prezidenti İlham Əliyev "X" platformasında Türkiyə millisi və Merih Demiralla bağlı paylaşım edib.

Offsideplus.az xəbər verir ki, ölkə başçısı qonşularımızı Avropa  Çempionatında 1/4 finala yüksəlməsinə görə təbrik edib və "bozqurd" işarəsi göstərdiyi üçün müdafiəçiyə verilən 2 oyunluq cəzanı tənqid edib:

"Almaniyada keçirilən futbol üzrə Avropa Çempionatında uğurla çıxış edən qardaş Türkiyə milli komandasını 1/4 mərhələyə vəsiqə qazanaraq 8 ən güclü Avropa millisi arasında yer alması münasibətilə təbrik edirəm. Xüsusilə, 1/8 final mərhələsində 2 qol vuraraq oyunun ən yaxşı futbolçusu seçilmiş Merih Demiralı təbrik edirəm. Merihə qarşı tətbiq edilən cəza ədalətsizdir və bunu qətiyyətlə pisləyirəm. Türkiyə millisinə Hollandiya ilə oyunda qələbə arzu edirəm!

Yaşasın Türk dünyası!"