UEFA azərbaycanlı referi Elçin Məsiyevə oyun tapşırıb.

Offsideplus.az xəbər verir ki, 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 22-də, saat 21:00-da keçiriləcək Sloveniya U-21 – Bosniya və Herseqovina U-21 oyununu Elçin Məsiyevin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək:

 

22 mart

Sloveniya U-21 – Bosniya və Herseqovina U-21

"Mestni Fazanerija" stadionu. Saat 21:00

Baş hakim: Elçin Məsiyev

Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov

Dördüncü hakim: İnqilab Məmmədov