Tanınmış fitnes məşqçisi və idmançı Kamil Zeynallı Rusiya polisi tərəfindən saxlanılıb.

Offsideplus.az xəbər verir ki, idmançı sosial şəbəkə hesabında paylaşdığı videoda “Domodedovo” hava limanında saxlanıldığını açıqlayıb. Yerli polis bölməsi əməkdaşları onun Ermənistan tərəfindən axtarışa verildiyini, bu səbəbdən saxlanıldığını deyiblər.

Kamil Zeynallı Azərbaycanın dövlət qurumlarından kömək istəyib.