"Şamaxı" klubunun İdarə Heyətinin üzvü Orxan Fikrətoğluya yeni vəzifə verilib. 

Offsideplus.az xəbər verir ki, o, Mədəniyyət Nazirliyinin Kino Agentliyinin sədrinin müşaviri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, daha öncə Milli Kulinariya Mərkəzinin rəhbəri vəzifəsində çalışan O.Fikrətoğlu postundan ayrılıb.