Sankt-Peterburqda keçiriləcək yoldaşlıq turniri çərçivəsində "Neftçi" də iştirak edə bilər.

 Offsideplus.az "Sport-express" nəşrinə istinadən xəbər verir ki, "ağ-qaralar"ın "Dinamo"nu (Moskva) əvəzləməsi gözlənilir.

Klubdan Rusiya mətbuatına verilən açıqlamada bildirilib:

"Neftçi" turnirdə iştirakla maraqlanır. Danışıqlar davam edir, lakin iştirak edəcəyimizi rəsmi olaraq təsdiqləyə bilmərik".

Turnirdə "Zenit" (Rusiya), "Fənərbağça" (Türkiyə) və "Srvena Zvezda" (Serbiya) komandaları iştirak edəcək.

 

Günay Xəlil