Braziliya milllisinin sabiq üzvü Ronaldinyo PSJ-nin hücumçusu Lionel Messi haqda danışıb.

Offsideplus.az "Telefoot"a istinadən xəbər verir ki, əfsanəvi futbolçu argentinalı ulduzu tərifləyib və 50 yaşına qədər futbol oynaya biləcəyinə inandığını bildirib:

“Messi mənim üçün kiçik qardaş kimidir. O, mənim böyük dostumdur".

"Leo uzun müddət futbol oynaya biləcək. İstəsə, 50 yaşına kimi oynayar!”, - deyə "Barselona"nın və Braziliya millisinin sabiq hücumçusu vurğulayıb.