Yaponiyanın "Teqevayaro Miyazaki" klubunun futbolçusu Kudo Masato vəfat edib. Yaponiya millisinin sabiq hücumçusu Masato Kudo 32 yaşında dünyasını dəyişib.

Offsideplus.az  xəbər verir ki, bu barədə sözügedən klubun prezidenti Keita Nimura məlumat verib. 32 yaşlı mərhum oyunçu oktyabrın 11-də beyin əməliyyatı keçirib və sonra vəziyyəti pisləşib. Beyninə maye yığılan futbolçu cümə günü vəfat edib.

Qeyd edək ki, Kudo Masato Yaponiyanın "Kasiva Reysol" klubunun yetirməsi idi. 2009-cu ildə əsas komandada forma geyinməyə başlamışdı. O, son olaraq isə 2022-ci ildə Avstraliyanın "Brisben Roar" klubundan "Teqevayaro Miyazaki"yə transfer olunmuşdu. Yaponiyalı hücumçu bu komanda ilə 21 oyuna çıxıb və 3 qol vurmuşdu. Kudo Yaponiya millsində isə 4 matç keçirmişdi.

6353a9e2ae298b691bed6aac

6353a3b366a97c50bdb11a12