“Latsio”nun futbolçusu Raul Moro qarət edilib və döyülüb. 

Offsideplus.az  xəbər verir ki, iki gün əvvəl baş vermiş hadisədə oyunçu və atası xəsarət alıb. Belə ki, 4 naməlum şəxs özlərini polis kimi qələmə verərək onları saxlayıb və "Mercedes-Benz" avtomobilini qarət ediblər.

19 yaşlı ispaniyalı hücumçu və atası xəstəxanaya aparılıb.