Koronavirusa yoluxan tanınmış jurnalist Elnur Əşrəfoğlunun son durumu açıqlanıb.

Offsideplus.az-ın "Yeni Klinika"ya istinadən verdiyi məlumata görə, jurnalistin vəziyyəti ağır-sabitdir.

"Vəziyyətində dəyişiklik yoxdur",- xəstəxanadan bildirilib.

Qeyd edək ki, E.Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra "Yeni Klinika"ya köçürülüb.