Azərbaycan Premyer Liqasının 3-cü turunun mərkəzi qarşılaşması olan "Neftçi" - "Qarabağ" matçında gərgin anlar yaşanıb.

Offsideplus.az xəbər verir ki, matçın ilk hissəsinin sonlarında Ağdam təmsilçisinin azarkeşləri ilə polislər arasında münaqişə baş verib.

Bunun ardınca asayiş keşikçiləri bir neçə azarkeşi görüşün keçirildiyi "Bakcell Arena"dan xaric edib.

Qeyd edək ki, hazırda oyunun ikinci hissəsi oynanılır və "Qarabağ" 2:1 hesabı ilə qalib gəlir.