Somalinin cənubunda içi futbolçularla dolu olan avtobus partladılıb.

Offsideplus.az "Garowe Online"a istinadla xəbər verir ki, hadisə bu gün baş verib. Kismayo şəhərindəki dəhşətli hadisə nəticəsində 1 nəfər ölüb, 10-dan çox futbolçu ağır yaralanıb. Olayın digər təfərrüatları açıqlanmır.

Hazırda yerli polis faktla bağlı araşdırma aparır.