Braziliyalı əfsanə Ronaldinyo Tvitter hesabından Serxio Ramosa söz atıb.

Offsideplus.az xəbər verir ki, 41 yaşlı sabiq futbolçu keçmiş "El Klasiko" matçlarından birini xatırladıb və "Real"ın sabiq kapitanına müraciət edib: "Ey Serxio, həmin gecəni xatırlayırsan?"

 

Ronaldinyo 2005-06 mövsümü üzrə "Barselona"nın "Santiyaqo Bernabeu"da "Real" üzərindəki 3:0 hesablı qələbəsinə göndərmə etmək istəsə də, braziliyalı 2006-07 sezonunda "Kral klubu"nun 2:0 qalib gəldiyi "El Klasiko"dan şəkil paylaşıb.

Ramosun bu paylaşıma cavabı isə 2005-ci il "Qızıl Top" qalibini pərt edib. "Real"ın 30-cu La Liqa titulunu qeyd etdiyi fotonu paylaşan 35 yaşlı müdafiəçi bu sözləri yazıb: "Xatırlayıram, amma bir neçə ay sonrakı bu şəkil daha yaxşıdır".