Azərbaycanlı voleybol hakimi Rəmzi Yusubov vəfat edib.

Offsideplus.az xəbər verir ki, keçmiş SSRİ-nin 10 ən yaxşı hakimindən biri hesab olunan Yusubov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. 

Qeyd edək ki, Rəmzi Yusubov  İttifaq yarışlarından daha sonra müstəqil Azərbaycanın çempionatlarında da hakimlik etmişdi.