Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətən Müharibəsi ilə bağlı Sərəncam imzalayıb.

Offsideplus.az xəbər verir ki, Azərbaycan Respubllikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı Konstitusiyanın 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası ərazılərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etdirmiş bir sıra hərbi qulluqçuların "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif olunmasına dair qərar verib. 

Medalla təltif olunan əsgərlər arasında döyüşlərin qaynar vaxtında yaralanan Əzizov Daşqın Mehdi oğlu da var. Həmin Daşqın ki, cəbhəyə yollanana qədər uzun müddət saytımızın "yükünü çiyinlərində daşıyıb".

Daşqına tezliklə aramızda olmağı arzu edirik. 

1606587078 8f4d1086 7993 477b b585 a9b25b1e8b9d