Kriştiano Ronaldonun "Yuventus"un qapısına vurduğu akrobatik qoldan 2 il keçir.

Offsideplus.az xəbər verir ki, futbol tarixinin ən gözəl qollarından hesab edilən bu zərbədə diqqətçəkən məqamlardan biri də portuqaliyalının yüksəldiyi nöqtə idi. Ronaldonun bu qolu haqqında 1 ay danışılmışdı, ən maraqlı reaksiyanı isə hadisənin canlı şahidi Barzaqli göstərmişdi.

Qeyd edək ki, Kriştiano Ronaldonun Çempionlar Liqasının dörddə bir final mərhələsində sabiq komandası “Real Madrid”in heyətində hazırki komandası “Yuventus”a vurduğu zərbə 2018/19 mövsümünün ən gözəl qolu seçilmişdi.