PSJ klubu çempionluqdan sonra Fransa Kubokuna da sahib çıxıb.

Offsideplus.az xəbər verir ki, Luis Enrikenin yetirmələri həlledici qarşılaşmada "Reyms"ə şans verməyiblər - 3:0.

Bununla da, Paris təmsilçisi 16-cı dəfə kuboku başı üzərinə qaldıraraq rekord vurub.

Komanda tarixində ilk dəfə het-trik etməyə yaxındır. Bundan ötrü iyunun 1-də UEFA Çempionlar Liqasının finalında "İnter"i məğlub etmək lazımdır.