Xorvatiya yığması ilə 2008-ci ildə Avropa Çempionatında iştirak edən Nikola Pokrivaç dünyasını dəyişib.
Offsideplus.az xəbər verir ki, o, 39 yaşında maşın qəzasında vəfat edib.
Pokrivaç əsasən Xorvatiya klublarında forma geyinib. O, son olaraq "Rudeş"in gənclər komandasında çalışıb.
Mərhum "damalılar"ın heyətində isə 15 oyuna çıxıb.



