Aprelin 13-də AFFA-nın və Futbolun İnkişafı Fondunun (FİF) nümayəndələri Xaçmaz rayonuna səfər edib.
Offsideplus.az xəbər verir ki, səfər çərçivəsində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev ilə AFFA-nın İnfrastruktur üzrə direktoru Fuad Cəfərov, FİF-in icraçı direktoru Tural Piriyev, "Səbail" Futbol Klubunun Müşahidə Şurasının sədri Əbdülqəni Nurməmmədov və üzvü İxtiyar Asyabi arasında görüş baş tutub. Görüş zamanı başçıya klub və FİF-in fəaliyyəti barədə, həmçinin ASCO-nun dəstəyi ilə Xaçmazda görülən işlər haqqında məlumat verilib.
Daha sonra AFFA, FİF və klub nümayədələri ASCO-nun dəstəyi ilə Xaçmazda inşasına başlanılan stadionlara baş çəkiblər. Stadionların tikilməsində əsas məqsəd "Səbail” PFK-nın Akademiyasının təlim-məşq bazasının yaradılması, uşaq futbolunun inkişaf etdirilməsi üçün müasir tələblərə cavab verən infrastrukturun müvafiq yaş qruplarına aid komandaların istifadəsinə verilməsidir.
Eyni zamanda, qeyd olunub ki, bazadan müxtəlif yaş qruplarından ibarət Azərbaycan milli komandaları da təmənnasız istifadə edə biləcəklər.