Braziliyalı model, aktrisa və iş qadını Adriana Lima FİFA-nın Qlobal Fanat Elçisi təyin edilib.
Offsideplus.az xəbər verir ki, bu barədə dünyanın ali futbol qurumu məlumat yayıb. 41 yaşlı Lima dünyanın hər yerindən pərəstişkarlarının iştirakı ilə qlobal təşəbbüsləri inkişaf etdirəcək.
O, futbolu təbliğ edəcək və qlobal yarışlarda iştirak edəcək. Bildirilir ki, onun vəzifə öhdəlikləri haqqında daha sonra geniş məlumat veriləcək.