Bu gün "El Mundo" Lionel Messinin 2017-ci ildə "Barselona" ilə 4 illik 555 milyon avroluq müqavilə bağladığını açıqladı. Yayılan xəbərdən sonra aləm bir-birinə dəyib.
Offsideplus.az "Don Balon"a istinadla xəbər verir ki, xəbəri oxuyan Messi qəzəblənib. Futbolçu məlumatı klub tərəfindən kiminsə mətbuata ötürüldüyünə əminliyini söyləyib. Ulduzun fikrincə, bunu edənlər səbəbkarın gələcək karyerasına zərbə vurmaq niyyəti güdür.
"Marca"nın məlumatına görə isə, futbolçunun vəkilləri klubu məhkəməyə verməyə hazırlaşır. Daha doğrusu, klub rəhbərliyində yer alan üç nəfəri: sabiq prezidenti Xosep Mariya Bartomeu, icraçı direktor Oskar Qrau və prezidentin müşaviri Karles Tuskets.
Vəkillər birmənalı şəkildə iddia edir ki, həmin bilgi mətbuata klub rəhbərliyindən sızdırılıb. Çünki məbləğdən futbolçunun özü və ailəsi, bir də "Barselona" rəhbərliyi xəbərdar olub.