"Lill" ilə müqaviləsi başa çatdıqdan sonra Türkiyədən gələn transfer təkliflərini geri çevirən Yusuf Yazıcının əsas məqsədi ortaya çıxıb.

Offsideplus.az xəbər verir ki, 27 yaşlı futbolçu İspaniya başda olmaqla Avropanın "Top 5" liqalarında karyerasını davam etdirmək istəyir. 

Bu barədə "Fichajes" məlumat yayıb.

Qeyd edək ki, Fransa klubu ilə ötən mövsüm 42 rəsmi oyuna çıxan Yusuf 12 qola və 4 məhsuldar ötürməyə imza atıb.