Azərbaycan güləşçisi Həsrət Cəfərov (67 kq) daha bir möhtəşəm qələbəyə imza atıb.

Offsideplus.az xəbər verir ki, o, final görüşündə Türkiyə təmsilçisi Murat Fırat ilə qarşılaşıb. Gərgin keçən mübarizənin sonunda Həsrət Cəfərov rəqibinə 7:5 hesabı ilə qalib gələrək qızıl medalı aktivinə yazdırıb.

​Bu qələbə ilə Həsrət Cəfərov 4-cü dəfə Avropa çempionu titulunu qazanaraq adını idman tariximizə qızıl hərflərlə yazdırıb.