Albaniyanın paytaxtı Tiranada keçirilən reytinq turniri davam edir.

Offsideplus.az xəbər verir ki, 63 kq çəki dərəcəsində Yunan-roma güləşçimiz Ziya Babaşov finalda həmyerlisi Sakit Quliyevlə üz-üzə gəlib.

Babaşov ilk xal prinsipinə əsasən (1:1) qalib gələrək reytinq turnirində çempion olub. Sakit Quliyev isə gümüş medala sahib çıxıb.

Qeyd edək ki, turnirə martın 1-də yekun vurulacaq.