Yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatı davam edir.

Offsideplus.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən yarışın dördüncü günündə sərbəst güləş üzrə 61, 70, 79, 92 və 125 kq-da finalçılar müəyyənləşib. Sabah bu çəkilərdə həlledici qarşılaşmalar keçiriləcək.

Saat 10:00-da təsəlliverici, 12:00-da isə medallar uğrunda görüşlər baş tutacaq.

61 kq

Nürəddin Novruzov (Neftçi) – Ceyhun Allahverdiyev (MOİK)

70 kq

Kənan Heybətov (Sərhədçi) – Ramik Heybətov (AHİTA)

79 kq

Fərid Cabbarov (Neftçi) – Cəbrayıl Hacıyev (AGF)

92 kq

Abubakr Abakarov (AGF) – Ali Tsokoyev (AGF)

125 kq

Giorgi Meşvildişvili (Neftçi) – Yusif Dursunov (Neftçi)