Göyçayda 4 güləş zalı istifadəyə verilib.

Offsideplus.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

Zalların açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, AGF-nin vitse-prezidentləri Namiq Əliyev, Namiq Abdullayev, Fərid Mansurov, həmçinin federasiyanın baş katibi Pərvin Piriyev iştirak ediblər.

Bu mərkəzlərdə dərslər ödənişsiz olacaq.

Qeyd edək ki, federasiya tərəfindən il ərzində mütəmadi olaraq bölgələrdə yeni güləş zallarının açılışı planlaşdırılır.