Madrid "Real"ının futbolçusu Qaret Beyl oynamaq istədiyi ölkənin adını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, Uels yığmasının lideri ABŞ-a köçməkdə maraqlıdır.

31 yaşlı ulduz futbolçu MLS klublarından birinə keçməyin əleyhinə olmadığını bildirib.

Qeyd edək ki, Qaret Beylin "Real"la müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.