PSJ-nin hücumçusu Neymarın yay transfer pəncərəsində "Barselona”ya dönüşü baş tutmayacaq.

Offsideplus.az “Catalunya Radio”ya istinadən xəbər verir ki, Katalon klubu koronavirus pandemiyası ilə əlaqədar yaranan maliyyə böhranına görə sabiq hücumçusunu transfer edə bilməyəcək. "Barselona”nın əsas transfer hədəfinin "İnter"in hücumçusu Lautaro Martines olduğu deyilir.

Qeyd edək ki, Neymar "PSJ"yə 2017-ci ilin yayında “Barselona”dan 222 milyon avroya keçib. Braziliyalı ötən yay yenidən əvvəlki komandasına qayıtmağa cəhd edib, ancaq klublar sazişin maliyyə şərtlərini razılaşdıra bilməyib. PSJ-nin bu yay futbolçunun qiymətini endirəcəyi gözlənilirdi.