Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) dünyanın ən bahalı futbolçularının reytinqindən ibarət siyahını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, 100 oyunçudan ibarət siyahıda 343,1 milyon avroluq transfer dəyəri olan Barselona”nın futbolçusu Lamin Yamal liderdir.

“Mançester Siti”nin oyunçusu Erlinq Holand  255,1 milyon avro ilə ikinci pillədə qərarlaşıb. 

201,3 milyon avro dəyərə sahib olan “Real Madrid”in futbolçusu Kilian Mbappe isə siyahının üçüncüsüdür.