Argentina millisinin və “İnter Mayami”nin ulduzu Lionel Messi futbolçu karyerasını başa vurduqdan sonrakı planları barədə danışıb.

Offsideplus.az xəbər verir ki, Messi bildirib ki, özünü məşqçi kimi görmür:
“Mən özümü məşqçi kimi təsəvvür etmirəm.”

37 yaşlı superulduz daha çox idarəçilik sahəsində çalışmaqda maraqlı olduğunu deyib:
“İdman direktoru olmaq fikri mənə daha maraqlıdır. Amma üçündən birini seçməli olsam, ən çox klub sahibi olmağı istəyərəm.”

Messi gələcəkdə öz klubunu qurmaq istədiyini də vurğulayıb:
“Öz klubumun olmasını, sıfırdan başlayıb onu böyütməyi, uşaqlara və insanlara inkişaf şansı verməyi, böyük bir klub formalaşdırmağı çox istərdim.”