"Fənərbağça" klubu Matteo Günduzi üçün etdiyi təklifi yüksəldib.
Offsideplus.az xəbər verir ki, "sarı-lacıvərdlilər" fransalı yarımmüdafiəçi üçün "Latsio"ya 28+2 milyon avro təklif edib.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Rəqəmlər əvvəlki ilə eyni qalıb. Sadəcə ödəmə müddəti tezləşdirilib.
Fransalı futbolçu İstanbul nəhənginə transfer olmağa yaxındır.
26 yaşlı Günduzi 2023-cü ildən "Latsio"da çıxış edir. O, cari mövsüm 16 oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.



